TKTA-nin  fəaliyyət istiqamətlərindən biri də ümumi təhsil məktəblərində keyfiyyət monitorinqini həyata keçirməkdir. TKTA tərəfindən ümumi təhsil məktəblərində aparılan keyfiyyət monitorinqinin məqsədi təhsilin keyfiyyətini düzgün dəyərləndirməkdir. Bu məqsəd aşağıdakı fəaliyyət istiqamətlərini əhatə edir:

  • Məktəblərin inkişafını təşviq etmək
  • Məktəblərin güclü və inkişafa ehtiyacı olan tərəflərini aşkar etmək
  • Məktəb rəhbərlərinə məktəblərində təhsilin keyfiyyətini anlamağa yardım etmək
  • Məktəb rəhbərlərinə məktəblərini necə inkişaf etdirməli olduqlarını anlamağa yardım etmək
  • Məktəblərin özünüqiymətləndirmə aparmasını təşviq etmək, həmçinin özünüqiymətləndirmənin nəticələrinin obyektivliyini yoxlamaq
  • Məktəblərin effektiv  inkişaf planı hazırlamasını təşviq etmək
  • "TKTA Məktəblərin keyfiyyət monitorinqi çərçivəsi"ndə öz əksini tapmış 4 sahə üzrə məktəb fəaliyyətinin keyfiyyətinin ətraflı dəyərləndirilməsini apararaq hesabat hazırlamaq

Veb sayt 2024-cü ildə NS Studio komandası tərəfindən hazırlanmışdır.