Xidmət detalları

SEM (Axtarış Sistemi Marketinqi)

SEM (Search Engine Marketing) SEO-dan fərqli olaraq sayta keçidin daha çox olmasını təmin etmə xidməti daşıyır, lakin SEM xidməti SEO qədər önəm daşıyır. SEM yeni və alıcılıq potensialı yüksək müştərilərin sayta cəlb edilməsi üçün əlverişli vasitədir. Belə ki, SEM prosesi axtarış nəticələrinin tez bəlli olması, axtarış zamanı sizin ünvan və əlaqə vasitələrinizin görünməsi və eyni zamanda reklam nəticələrinin son halına uyğun yenidən optimizasiya etmək imkanı kimi xüsusiyyətləri özündə birləşdirir.

SEM xidməti çox tanınan olmasa da effektiviliyi ilə marketinq satış rəqəmlərinə təsir edə bilir. SEM büdcəsi mütəxəssislərimiz tərəfindən reklam verən şirkətin marketinq strategiyasına uyğun olaraq təyin olunur.

Təklif istə

Köməyə ehtiyac var?

Qərar verməkdə çətinlik çəkirsinizsə bizimlə əlaqə yarada bilərsiniz. Komandamız sizə köməklik göstərməkdən məmnun olar: (099) 399 06 39.