Azerfashion şirkəti AZERFASHION onlayn platforması qadın, kişi və uşaq ücün geyim, ayaqqabı, çanta və aksesuarlar təklif edən premium e-ticarət məkanıdır. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.