Fərdi dizayn
Hazır şablon yox — brendinizə və auditoriyanıza uyğun, sıfırdan hazırlanan dizayn.
NS Studio olaraq biznesiniz üçün müasir, sürətli və mobil uyğun (responsive) veb saytların hazırlanması xidmətini təqdim edirik. Hər layihə müştərinin ehtiyacına uyğun planlanır, vaxtında təhvil verilir və 3 ay pulsuz texniki dəstək ilə təmin olunur.
60+ brend bizə etibar edir
Nə əldə edirsiniz
Hazır şablon yox — brendinizə və auditoriyanıza uyğun, sıfırdan hazırlanan dizayn.
Sayt bütün cihazlarda rahat açılır və sürət üçün optimallaşdırılır.
Meta məlumatlar, sitemap, struktur data və oxunaqlı URL-lər təhvildən əvvəl qurulur.
Məzmunu özünüz idarə edirsiniz, təhvildən sonra 3 ay pulsuz texniki dəstək alırsınız.
Veb sayt şirkətinizin internetdəki rəsmi simasıdır. Müasir dövrdə peşəkar veb sayt hazırlanması biznesin onlayn mövcudluğu və müştəri etibarının formalaşması üçün əsas şərtlərdən biridir. Düzgün qurulmuş sayt brendinizi gücləndirir, satışları artırır və sizi rəqiblərdən fərqləndirir.
Hazırladığımız bütün saytlar mobil uyğun (responsive), sürətli və SEO optimizasiya olunmuş şəkildə təqdim edilir. Telefon, planşet və bütün müasir brauzerlərdə stabil işləməyə zəmanət veririk. Layihə başlamazdan əvvəl biznesiniz üçün ən uyğun struktur və dizayn müəyyən edilir.
NS Studio olaraq biz layihəni sadəcə təhvil vermirik. Sayt üçün 3 ay pulsuz texniki dəstək təqdim edir, idarəetmə və inkişaf üçün məsləhətlər veririk. Bütün layihələr istifadəsi rahat admin panel ilə təhvil verilir ki, kontenti sərbəst şəkildə idarə edə biləsiniz.
Veb sayt hazırlanması ilə bağlı sualınız varsa, bizimlə əlaqə saxlayın və biznesiniz üçün ən uyğun həlli birlikdə müəyyən edək.
NS Studio
Şəffaf proses, aydın mərhələlər və davamlı əlaqə ilə layihənizi uğurla tamamlayırıq.
Biznes məqsədlərinizi, auditoriyanı və rəqibləri öyrənir, saytın xəritəsini və səhifələrin məzmun planını hazırlayırıq.
Brendinizə uyğun unikal dizayn hazırlayır, mobil və masaüstü görünüşü təsdiqinizə təqdim edirik.
Saytı sıfırdan qurur, admin panel əlavə edir, sürəti və texniki SEO-nu tənzimləyirik.
Bütün cihaz və brauzerlərdə yoxlayır, saytı yayımlayır və admin paneldən istifadəni öyrədirik.
FAQ
Sualınızın cavabını tapmadınız? Bizə yazın — ilkin konsultasiya pulsuzdur.
Pulsuz təklif alSadə korporativ saytlar adətən 2–4 həftəyə, e-ticarət və fərdi funksionallıqlı layihələr isə 6–12 həftəyə hazır olur. Texniki tapşırıq təsdiqlənəndən sonra dəqiq zaman planı təqdim edirik.
Səhifələrin sayından, dizaynın mürəkkəbliyindən və funksionallıqdan — onlayn ödəniş, çoxdillilik, inteqrasiyalar — asılıdır. Hazır şablon işlətmirik, ona görə hər layihəyə ayrıca təklif hazırlayırıq. İlkin konsultasiya pulsuzdur.
Bəli. Saytlar admin panel ilə təhvil verilir: mətnləri, şəkilləri, xidmətləri və bloq yazılarını proqramçı köməyi olmadan dəyişə bilərsiniz.
Bəli. Bütün saytlar mobil uyğun hazırlanır. Təhvildən əvvəl sürət, meta məlumatlar, sitemap və struktur data kimi texniki SEO əsasları qurulur.
Bəli. Əvvəlcə saytın texniki və dizayn auditini aparırıq, sonra ya mövcud sistemi təkmilləşdiririk, ya da daha sərfəlidirsə yenisini qururuq.
Sizin üçün ən uyğun xidməti birlikdə seçək.