BiletGo bilet satışı platforması BiletGO haqqında: BiletGo.az, Bakıda və bölgələrdə təşkil olunan fərqli konseptdə tədbirlərin və aktivitelərin bilet satışlarını həyata keçirən online platforma olmaqla yanaşı, bu cür tədbirlərin təşkilini həyata keçirən BLAZING EVENTS-in alt brendi olan bütün tədbir layihələrinin online bilet satış nöqtəsidir. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.