Birlink internet provayderi BİRLink Azərbaycanın ən böyük əhatəyə malik olan internet provayderlərindən biridir. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb sayt hazırlanması xidməti təqdim etdik və tam fərdi platforma qurduq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.