Bolmart Marketlər Şəbəkəsi BOLMART SUPERMARKETLƏR ŞƏBƏKƏSİ Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən Bolmart supermarketlər şəbəkəsi hal-hazırda 28-ə yaxın filialla müştərilərin ixtiyarındadır. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.