IST Services şirkəti Industrial Support and Training Services (IST Services) Əlavə Təhsil Mərkəzi bir qrup peşəkar mühəndislər, təhlükəsizlik üzrə mütəxəssislər və insan resursları menecerləri tərəfindən yaradılmış təşkilatdır. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.