SoSecond ikinci əl geyimlərin satışı mobil tətbiqi SoSecond mobil tətbiqi vaxta və xərclərə qənaət edərək onlayn alış-veriş etmək imkanı, yeni və 2-ci əl geyim, aksesuarların alış-satışı, alış-veriş imkanı olmayan ailələrə tətbiqin istifadəsi ilə könüllü yardım etmək şansını təqdim edən vasitədir. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün mobil tətbiq hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.