Technical Inspection Solutions MMC 2018-ci ildən etibarən Azərbaycanda dəniz, müxtəlif inşaat, kənd təsərrüfatı, neft və kimya sənayesi o cümlədən istehsalat müəssisələrində fəaliyyət göstərən təhlükə potensiallı qurğu və avadanlıqların testi, diaqnostikası və texniki yoxlamasını həyata keçirən şirkət olaraq təsis edilmişdir. Texniki mütəxəssislərimiz, işlədikləri sahədə geniş təcrübəyə o cümlədən, sənaye təcrübələri və tənzimləmə tələblərinə dair dərin biliklərə sahibdirlər. Əsas dəyərlərimiz təhlükəsizlik, keyfiyyət və dürüstlükdür. Xidmətlərimizi müştərilərimizin əməliyyatları və cədvəlləri ilə inteqrasiya edərkən, hər hansı bir yoxlama ehtiyacına ümumi bir həll təqdim etməyə diqqət yetiririk. Şirkət işçilərin, müştərilərin işçilərinin və obyektlərinin, ətraf mühitin və cəmiyyətin təhlükəsizliyini əsas prioritetləri hesab edir.

Veb saytı NS Studio tərəfindən hazırlanmışdır.