Yaxşı əməkdaşlıq çox vaxt bir tövsiyə ilə başlayır. Bu etimadı dəyərləndirmək üçün tövsiyə proqramı təqdim edirik: NS Studio-nu tanıdığınız şirkətə tövsiyə edin. Əməkdaşlıq müqaviləyə çevriləndə hər iki tərəf 6 ay pulsuz texniki dəstək alır.
Proqram necə işləyir?
- NS Studio-nu veb sayt, onlayn mağaza və ya mobil tətbiq ehtiyacı olan şirkətə tövsiyə edirsiniz.
- Şirkət bizimlə əlaqə saxlayanda sizin adınızı və ya şirkətinizin adını qeyd edir.
- Müqavilə imzalananda hər iki tərəf üçün 6 aylıq pulsuz texniki dəstək aktivləşdirilir.
Kim nə qazanır?
- Tövsiyə edən — NS Studio-nun hazırladığı mövcud və ya gələcək saytı, yaxud tətbiqi üçün 6 ay pulsuz texniki dəstək.
- Yeni müştəri — standart 3 ay əvəzinə 6 ay pulsuz texniki dəstək.
Dəstəyə nə daxildir?
- Saytın və ya tətbiqin işinə nəzarət, xətaların aradan qaldırılması.
- Sistem və təhlükəsizlik yeniləmələri.
- Ayda 2 saata qədər kiçik dəyişikliklər: mətn, şəkil və banner yeniləmələri.
- Texniki suallar üzrə məsləhət.
Yeni funksiya və səhifələr, redizayn, hostinq və domen ödənişləri dəstəyə daxil deyil — bunlar ayrıca razılaşdırılır.
Şərtlər
- Tövsiyə olunan şirkət NS Studio-nun yeni müştərisi olmalıdır.
- Proqram veb sayt, onlayn mağaza və mobil tətbiq layihələrinə şamil olunur.
- Tövsiyə edən öz dəstəyini 12 ay ərzində istənilən vaxt aktivləşdirə bilər. Hər yeni müqavilə üçün ayrıca 6 ay verilir.
- Hədiyyə nağd pula çevrilmir, başqasına ötürülmür və digər kampaniyalarla birləşdirilmir.
Necə qoşulmaq olar?
Qeydiyyat tələb olunmur — sadəcə tövsiyə edin. Tövsiyə etdiyiniz şirkət əlaqə səhifəsində müraciət edərkən adınızı qeyd etsin, qalanını biz izləyirik. Xidmətlərimiz: veb saytların hazırlanması, onlayn mağaza və e-commerce saytların qurulması və mobil tətbiqlərin hazırlanması. Hazırladığımız işləri layihələr bölməsində görə bilərsiniz.