Marketinq haqqında 7 film / serial

 

Marketinq haqqında film və ya seriallar izlədikcə bu sahədə baş verə biləcək maraqlı, əyləncəli, bəzən də kədərli hadisələrdən xəbərdar ola bilərsiniz. Bir çox insan üçün marketinq və satış haqqında filmlər izləmək öz peşəsinə qarşı sevgi yaratmaqla yanaşı motivasiyasının yüksəlməyinə də səbəb olur.

 

Elə isə, gəlin sizin üçün hazırladığımız marketinq haqqında 7 film (serial) siyahısı ilə tanış olaq:

 

1.Super pumped (2022 - )

“Uber”-in quruluş hekayəsi – şirkətin yarandığı gündən bəri Silikon Vadisindəki eniş-yoxuşlu macərasından bəhs olunan bu serial şirkətin CEO-su Travis Kalanikin karyerasına fokuslanır.

2. Moneyball (2011)

Marketinqdə data analitikanın önəmi – “Oakland A” beysbol komandasının rəhbəri Billy Beane (Brad Pitt) məhdud büdcə ilə sıfırdan komanda quraraq zəngin klublara meydan oxuyur.

3. Silicon Valley (2014 - 2019)

Məhsulunuzu yaratmaq, bazara çıxarmaq, maliyyələşdirmək və satmaq üçün nələr lazımdır? – Mövzusu 1980-ci illərin sonlarında Silikon Vadisində çalışan bir proqramçının yaşadıqları olan bu serialda; introvert, antisosial proqramçı Riçard və onun beş dostunun hekayəsindən bəhs olunur.

4. The social network (2010)

Facebook-un qurulmasının pərdəarxası gerçəkləri – yaranma hekayəsi və günümüz dünyasına təqdim etdiyi müsbət və mənfi cəhətləri Mark Zukerberqin hekayəsi əsasında müzakirə edilir.

5. Mad Men (2007 - 2015)

Dünyanın ən yaxşı reklam agentliklərindən birinin bir hissəsi olmaq necədir? – Serialda məhşur reklam agentliyinin direktoru Don Draper (Con Hamm) və onun həyatındakı insanlardan bəhs edilir. Bundan əlavə, 1960-cı illərdən bu günə qədər baş verən sosial dəyişikliklər göstərilir.

6. Jerry Maguire (1996)

Satışı hiss etmədən necə əla satıcı və marketoloq olmaq olar? – Cerri Maguayr BİA-nın əsas nümayəndəsi kimi cəmiyyətin lideridir. Cerri BİA üçün yazdığı "Düşündüklərimiz və deyə bilmədiklərimiz: biznesimizin gələcəyi" sloqanına görə işdən qovulur. İşindən qovulmuş, lakin özünə güvənən və kim olduğunu bilən Cerri, sıfırdan başlamalı olur.

7. Steve Jobs (2015)

Ən böyük marketoloqlardan birinin beyninə dərindən dalın – film üç hissəli olub Stiv Cobsun iş həyatından bəhs edir. Birinci hissədə Jobs və marketinq üzrə icraçı Coanna Hoffman arasındakı əlaqələr və 1984-cü ildə “Apple Macintosh”-un yaradılmasından əvvəl baş verən problemlər göstərilir.

 

 

Ümid edirik, marketinq haqqında film tövsiyəsi məqaləmizi bəyəndiniz:) Satış, marketinq və biznesin inkişafı ilə bağlı maraqlı və informativ məqalələri oxumaq üçün tez-tez NS Studionun veb saytını ziyarət etməyi unutmayın!