Cəfər Cabbarlı adına Gənclər kitabxanası üçün ən son dizayn trendlərinə uyğun veb sayt NS Studio komandası tərəfindən hazırlanmışdır. Veb sayt daxilində 56 bölmə üzrə müxtəlif funksionallıq qurulmuşdur.

Respublika Gənclər Kitabxanasının rəsmi veb saytı

1928-ci ildən fəaliyyət göstərən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əsas oxucu auditoriyasını yeniyetmə və gənclər təşkil edir. 2022-ci ildə NS Studio ilə kitabxananın birgə əməkdaşlığı sayəsində kitabxananın yeni saytı istifadəçilərə təqdim edilmişdir. Saytda istifadəçilərin marağına səbəb olacaq və onların mütaliə tələbatını ödəyə biləcək bir sıra faydalı bölmələr fəaliyyət göstərir. “Elektron kitabxana”, “Elektron məlumat bazaları”, “Elektron dövrü mətbuat”, “Səsli kitablar”, “Onlayn xidmətlər”, “Vəsaitlər”, “Yeni kitablar” və s. bu kimi bölmələr istifadəçilərə kitabxananın fəaliyyəti ilə tanış olmaqla yanaşı, həmçinin onun təqdim etdiyi xidmətlərdən tam məhsuldarlığı ilə yaralanmağa da imkan verəcəkdir. Bundan əlavə saytda kitabxana əməkdaşlarının istifadəçilər ilə onlayn ünsiyyətinə zəmin yaradacaq bir sıra imkanlar yaradılmışdır. Bu da öz növbəsində istifadəçilərə kitabxanada baş verən yeniliklərdən anında xəbər tutmağa və həmçinin, də  öz sualları, irad və təklifləri ilə kitabxana əməkdaşlarına müraciət etmələrinə şərait yaradacaqdır. Sayt ümumilikdə müasir kitabxana xidmətlərinin göstərilməsinə istiqamətlənmişdir.

Veb saytın hazırlanma müddəti: 2 ay