logo

Brendinq

Döymə — mis emalatxanası üçün brend konsepti

Döymə — mis emalatxanası üçün brend konsepti
01

Layihə haqqında

Döymə — NS Studio-nun daxili konsept layihəsidir: Lahıc misgərlik ənənəsindən ilhamlanan müasir mis qab emalatxanası üçün nümunə brend, müştəri sifarişi deyil.

Ad misin çəkiclə döyülməsindən gəlir. Brendin fikri: əl işi qab təkrarsızdır — hər zərbə bir iz, hər iz bir imzadır.

Layihə NS Studio-nun brendinq və loqo dizaynı yanaşmasını göstərir.

02

Çəkic izindən doğan loqo

İşarə «Ö» hərfidir: dairə mis sini, üstündəki iki nöqtə isə çəkic zərbələridir. Adın öz hərfi brendin simvoluna çevrilir.

Rənglər materialdan götürülüb: mis, kömür, patina və perqament. Başlıqlarda zərif Cormorant, məlumat mətnlərində Albert Sans işlədilir. Vizual sistem NS Studio-nun UI/UX dizayn və brendinq yanaşması ilə qurulub.

03

Qablaşdırma, kataloq və emalatxana

Qara hədiyyə qutusunda mis folqa ilə loqo, hər qabın etiketində nömrə, çəki və «qəlib yoxdur — hər qab təkdir» qeydi var. Qulluq kartı sadə məsləhət verir: yarım limon və bir çimdik duz.

Kataloq səhifəsi, vizit kartları və emalatxananın dairəvi lövhəsi eyni sakit, ağır və premium dili davam etdirir.

NS Studio-nun digər işləri ilə layihələr bölməsində tanış ola, öz brendiniz barədə isə bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli xidmət

Bənzər layihə istəyirsiniz?

Loqo dizaynı, korporativ üslub və UI/UX dizayn. Brendinizin xarakterini əks etdirən vizual kimlik və brendbuk. NS Studio ilə brendinizi quraq.

Digər layihələr

Hamısına bax