Cahan Holdinq KŞİ məxsus AVM MMC-nin tərkibində olan ”Əyləncə adası” istirahət parkı kompleksi 2014-cü-ildən tam olaraq fəaliyyətə başlamış və müştərilərimizin istifadəsinə verilmişdir. Park kompleksi açıq havada yerləşən atraksionlardan və 2 mərtəbəli binadan ibarətdir hər bir mərtəbəsində uşaqlar və gənclər üçün bir- birindən maraqlı aparatlar və atraksionlar mövcuddur. Müasir tipli “3d”Cinema, möcüzələr otağı, velosiped zolaqı, parkın ərazisini gəzmək üçün mini qatar, həftəlik olaraq keçirilən tədbirlər,uşaqlar üçün hədiyyəli oyunlar, yarışmalar və bir-birindən maraqlı digər bölmələr sizə istrahətinizi səmərəli keçiriməyinizə şərait yaradır. İstirahət parkı kompeksi 2000 kv.metr əhatə edir və parkda hər bir yaş qurupuna məxsus İtaliya Respublikasının istehsalı olan Karusel və 120 dərəcə rəqs aparatları vardır. Əyləncə adası istirahət parkı kompeksinin daxilində olan bölümlərdən Mado kafe və Lavazza kafe, oyuncaq mağazası, uşaqlar üçün “Civil“ geyim mağazası mövcuddur. Əlavə olaraq Mini-zoo bölümüdə fəaliyyət görsədir ki, bu bölümdə siz fərqli heyvanlar və quşlar görə bilərsiniz.
Əyləncə adası üçün veb sayt NS Studio tərəfindən hazırlanmışdır.