logo
Global Safety şirkəti üçün veb sayt

Global Safety şirkəti üçün veb sayt

Global Safety şirkəti “Global Safety İndustries” MMC olaraq təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların (qeyri-dağıdıcı və dağıdıcı üsullarla avadanlıqların yoxlanması, yükqaldırma avadanlıqlarına aid zəncirli talların, qarmaq blokunun, elektirik avadanlıqlarının yoxlanması, statik, dinamik, hidravlik və pnevmatik testlərin həyata keçirilməsi) aparılmasını, texniki pasportların hazırlanması, Texniki Təhlükəsizlik sertifikatının alınması üçün ekspertiza rəyinin verilməsini təmin edərək iş yerlərində texniki avadanlıqlar səbəbindən yarana biləcək qəza risklərinin təyin edilməsi və onların aradan qaldırılması, eləcədə liftlərinin və eskalatorların texniki müayinəsi və diaqnostikası istiqamətində sifarişçilərimizə yüksək xidmət göstərmək səyindəyik. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.

Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.

Global Safety şirkəti üçün veb sayt – 1 Global Safety şirkəti üçün veb sayt – 2
UX/UI Dizayn və Strukturlaşdırma

İşə sıfırdan UX araşdırması və istifadəçi ssenarilərinin qurulması ilə başladıq. Saytın/məhsulun strukturunu auditoriyanın davranışına uyğunlaşdıraraq naviqasiyanı sadələşdirdik.

  • Istifadəçi axınları və məlumat blokları maksimum rahatlıq üçün quruldu.

Mobil-first yanaşma tətbiq olunaraq bütün ekran ölçülərində stabil görünüş və rahat istifadə təmin edildi. Vizual üslubda premium və brendə uyğun kompozisiya, oxunaqlı typography və balanslı boşluqlar seçildi.

Global Safety şirkəti üçün veb sayt – 3 Global Safety şirkəti üçün veb sayt – 4 Global Safety şirkəti üçün veb sayt – 5
Texniki İnkişaf və SEO Optimizasiyası

Həll performans optimizasiyası, təhlükəsizlik və SEO yönümlü struktur üzərində quruldu. Semantik kodlaşdırma, düzgün meta strukturu və sürətli yüklənmə üçün lazımi optimizasiyalar tətbiq edildi.

Admin tərəfdə idarəetmə prosesi sadələşdirildi: məzmunun yenilənməsi, media faylların idarəsi və məlumatların strukturlaşdırılması rahatlaşdırıldı. Beləliklə layihə həm istifadəçi təcrübəsi, həm də uzunmüddətli rəqəmsal inkişaf baxımından hazır vəziyyətə gətirildi.