Safegas şirkəti Safegas şirkətinin yaradılmasında əsas məqsəd qaz təminatlı müəsisələrdə, onların təşkilati-hüquqi formasından asılı olmayaraq yanğın təhlükəsizliyi tələblərini müəyyənləşdirmək, bu qaydaların tələblərinə riayət etmək, eləcədə müəssisənin ərazisində yerləşən və istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqların “Texniki təhlükəsizlik haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükə potensiallı obyektlərin Siyahısı»na daxil edilməsi üçün identifikasiyası işlərinin aparılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 67 nömrəli qərarı ilə təsdiq edilmiş, “Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi Qaydaları”nın 2.4.1 bəndinə əsasən qaz layihələrinin texniki təhlükəsizliyə dair norma və qaydaların tələblərinə uyğunluğunu müəyyənləşdirməklə ekspertiza rəyinin verilməsindən, Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində ictimai müəssisələrdə və əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması və tikilməsi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının və digər normativ sənədlərinin tələblərinə uyğun olaraq, bu qaydaların tələblərinə riayət etməklə qaz təchizatının layihələndirmək, tikintisi başa çatmış yaşayış binalarında və müəssisələrdə quraşdırılmış qaz cihazlarının ventilyasiya kanallarının və tüstü bacalarının qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğunluğu və tamlığının yoxlanılması işlərinin aparılmasından ibarətdir. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir veb platforma hazırladıq.
Məqsəd istifadəçiyə məlumatı tez çatdırmaq, müraciət/sifariş prosesini sadələşdirmək və axtarış sistemlərində görünürlüğü artırmaq idi. Nəticədə sürətli yüklənən, idarəolunan və genişlənə bilən bir sistem ortaya çıxdı.