İkili2 foto və video avadanlıqları sahəsində fəaliyyət göstərən brend üçün hazırlanmış müasir e-commerce veb sayt layihəsidir. Platformanın əsas məqsədi işıqlandırma avadanlıqları, fon sistemləri, mikrofonlar, kamera dayaqları, riglər, slayderlər və digər çəkiliş aksesuarlarını istifadəçilərə rahat, sürətli və vizual şəkildə təqdim etmək idi.
NS Studio komandası olaraq biz brendin rəqəmsal satış kanalını daha funksional, etibarlı və istifadəçi yönümlü formada qurduq. Nəticədə məhsul kataloqu, kateqoriya strukturu, stok statusu, qiymət məlumatları və sifariş yönləndirmələri bir araya gətirilərək foto-video avadanlıqları üçün tam funksional onlayn mağaza təcrübəsi yaradıldı.