Orkhan Gurban — dünyanın aparıcı lüks moda brendlərini vahid onlayn mağazada birləşdirən çoxbrendli e-ticarət layihəsidir. Platformanın məqsədi qadın və kişi kolleksiyalarını, aksesuarları və dizayner brendlərini beynəlxalq səviyyəyə uyğun alış təcrübəsi daxilində təqdim etmək idi.
Lüks seqmentdə onlayn mağaza yalnız satış kanalı deyil — brendin rəqəmsal vitrinidir. Müştəri məhsula toxunmadan, yüksək məbləğli qərar verir və bu qərarın böyük hissəsi saytın yaratdığı etimad hissi üzərində formalaşır. NS Studio komandası olaraq layihənin bütün struktur qərarlarını bu prinsip üzərində qurduq.
Nəticədə brend kataloqu, kateqoriya strukturu, məhsul səhifələri, səbət və ödəniş axını vahid təcrübə daxilində birləşdirildi. Layihə NS Studio-nun onlayn mağaza və e-commerce saytların qurulması istiqamətinin nümunələrindən biridir.