Veb saytlar
ProCoat Sənaye Şirkəti üçün Korporativ Veb Sayt
Layihə haqqında
ProCoat MMC neft-qaz və sənaye obyektlərində qumlama, sənaye boyası, istilik izolyasiyası və səth mühafizəsi işləri görür. Belə şirkətin sifarişçisi qərar verməzdən əvvəl bir sual verir: «Bu komandaya etibar etmək olarmı?»
Saytın vəzifəsi də bu suala ilk baxışdan cavab vermək idi — görülmüş işləri, standartları və komandanın təcrübəsini sadə dildə göstərib ziyarətçini qiymət sorğusuna qədər aparmaq.
Nəticədə ProCoat-ın sahədəki gücünü əks etdirən, üç dildə işləyən müasir korporativ sayt ortaya çıxdı. Layihə NS Studio-nun korporativ veb saytların hazırlanması istiqamətindəki işlərindəndir.
Etibar Yaradan Dizayn və Layihə Portfeli
Sənaye sifarişçisi sözlərə yox, nəticəyə inanır. Ona görə dizaynın mərkəzində real obyekt fotoları və görülmüş işlər dayanır: güclü, tünd vizual dil və narıncı aksent ProCoat-ın iş mühitini birbaşa ekrana gətirir.
Sayt ziyarətçinin qərar verməsi üçün lazım olan hər şeyi bir yerdə toplayır:
- Layihə portfeli — iş növünə görə filtr və hər obyekt üzrə qısa, aydın nəticə
- Xidmət səhifələri — hər işin nə üçün lazım olduğu, sahədən nümunələr və tez qiymət sorğusu
- Sertifikatlar — ISO standartları ilə keyfiyyət və təhlükəsizliyə zəmanət
- Vakansiyalar — böyüyən komandaya yeni mütəxəssislər cəlb etmək üçün
Vizual dil və istifadəçi yolu NS Studio-nun UI/UX dizayn və brendinq yanaşması ilə quruldu.
Sorğu Gətirən Struktur və Axtarışda Görünürlük
Hər səhifədə «Qiymət al» düyməsi, zəng və WhatsApp ilə birbaşa əlaqə var — potensial sifarişçi maraqlandığı anda sorğu göndərə bilir. Sorğu formasında xidmət seçilir, beləliklə komanda müraciətin nə haqqında olduğunu dərhal görür.
Sayt Azərbaycan, ingilis və rus dillərində işləyir — ProCoat həm yerli, həm də xarici sifarişçilərə öz dilində müraciət edir. Məzmunu şirkət idarəetmə panelindən özü yeniləyir.
Səhifələr «sənaye boyası», «qumlama» və «istilik izolyasiyası» kimi sorğular üçün axtarış sistemləri üçün optimallaşdırılmış şəkildə quruldu ki, bu işləri axtaran sifarişçilər ProCoat-ı tapsın.
NS Studio-nun digər işləri ilə layihələr bölməsində tanış ola, şirkətiniz üçün oxşar sayt barədə isə bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqəli xidmət
Bənzər layihə istəyirsiniz?
Bakıda veb sayt hazırlanması: korporativ, e-ticarət və landing saytlar. Sıfırdan dizayn, mobil uyğun və SEO-ya hazır. Pulsuz konsultasiya alın.