logo

Brendinq

Sumaq — restoran üçün brend konsepti

Sumaq — restoran üçün brend konsepti
01

Layihə haqqında

Sumaq — NS Studio-nun daxili konsept layihəsidir: müasir Azərbaycan mətbəxi restoranı üçün nümunə brenddir, müştəri sifarişi deyil.

Sumaq Azərbaycan süfrəsinin ən tanınan ədviyyatlarından biridir — kababın yanında, soğanın üstündə. Brend bu tanış dadı gənc, isti və müasir dillə təqdim edir.

02

Loqo və vizual sistem

İşarə sumaq salxımını dairələrdən qurulmuş üçbucaq kimi göstərir, üstündə kiçik yarpaq var. Forma sadədir və kiçik ölçüdə də oxunur — menyuda, qablaşdırmada və tətbiq ikonunda.

  • Rənglər: sumaq qırmızısı, krem, zəfəran, zeytun və qara çay — Azərbaycan süfrəsinin rəngləri.
  • Şrift: Fraunces — yumşaq və isti serif; mətn üçün Poppins.
  • Naxış: səpələnmiş ədviyyat dənələri fon teksturası kimi istifadə olunur.
03

Brendin tətbiqləri

Brend menyuda, qəhvə stəkanında, altlıqda, vizit kartlarında və sosial media paylaşımlarında sınaqdan keçirilib. Qırmızı və krem kontrastı uzaqdan seçilir — həm zalda, həm də çatdırılma qablaşdırmasında.

Restoranınız və ya kafeniz üçün belə brend və ona uyğun sayt hazırlaya bilərik.

Əlaqəli xidmət

Bənzər layihə istəyirsiniz?

Loqo dizaynı, korporativ üslub və UI/UX dizayn. Brendinizin xarakterini əks etdirən vizual kimlik və brendbuk. NS Studio ilə brendinizi quraq.

Digər layihələr

Hamısına bax