logo

Volt Avto avtomobil şirkəti üçün veb sayt

VOLT AVTO hibrid və elektrik avtomobillərinin satışı ilə məşğul olan multibrend avtosalondur. Layihə çərçivəsində NS Studio komandası olaraq biz brendin rəqəmsal mühitdə güclü və etibarlı təqdimatı üçün müasir korporativ veb platforma hazırladıq.

Volt Avto avtomobil şirkəti üçün veb sayt – 1 Volt Avto avtomobil şirkəti üçün veb sayt – 2
UX/UI Dizayn və Strukturlaşdırma

Layihə sıfırdan UX araşdırması və istifadəçi axını planlaması ilə başlayıb. Avtomobil seçim prosesini maksimum rahat etmək üçün model səhifələri, filtrasiya strukturu və məlumat blokları optimallaşdırılıb. Mobil-first yanaşma tətbiq olunaraq sayt bütün cihazlarda stabil və sürətli işləyəcək şəkildə hazırlanıb. Vizual dizaynda isə avtomobil sektoruna uyğun premium və texnoloji üslub formalaşdırılıb.

Volt Avto avtomobil şirkəti üçün veb sayt – 3 Volt Avto avtomobil şirkəti üçün veb sayt – 4 Volt Avto avtomobil şirkəti üçün veb sayt – 5
Texniki İnkişaf və SEO Optimizasiyası

Platforma performans optimizasiyası, sürətli yüklənmə və SEO yönümlü struktur əsasında hazırlanıb. Axtarış sistemləri üçün düzgün heading iyerarxiyası, meta strukturu və semantik kodlaşdırma tətbiq edilib. Admin panel vasitəsilə avtomobillərin əlavə olunması, yenilənməsi və idarə olunması prosesi sadələşdirilib. Nəticədə VOLT AVTO üçün həm satış yönümlü, həm də uzunmüddətli rəqəmsal inkişaf üçün hazır bir sistem təqdim olunub.