logo

Veb saytlar

BIZON — 3D scroll hekayəli konsept sayt

01

Layihə haqqında

BIZON enerji içkisi üçün hazırladığımız bu sayt NS Studio-nun daxili konsept layihəsidir: müştəri sifarişi və rəsmi sayt deyil. Məqsəd içki brendinin hekayəsini adi məhsul kataloqu əvəzinə scroll ilə irəliləyən 3D səhnələrlə necə danışmaq olacağını göstərmək idi.

Enerji içkisi bazarında brendlər bir-birinə bənzəyir: eyni qutular, eyni şüarlar. Bizim yanaşmamız hekayəni hiss etdirmək idi — ziyarətçi qutunun açılış səsini eşidir, sərinliyi, tərkibi, gücü və brendin meydanlarını bir-birinin ardınca görür.

Nəticədə 18+ yaş yoxlaması, altı dad və səbəti olan, səs effektləri ilə tamamlanan interaktiv sayt alındı. Konsept NS Studio-nun veb saytların hazırlanması istiqamətində brend saytlarına yanaşmasını göstərir. BIZON ticarət nişanı «Avrora» MMC-yə məxsusdur, konseptin Avrora ilə əlaqəsi yoxdur.

02

Qutunun Açılışından Meydana: Hekayə və UX/UI Dizayn

Sayt bir hekayə kimi qurulub: hər scroll addımı yeni səhnə açır. Giriş ekranında böyük «Gücünü aç.» başlığı və brauzerdə fırladıla bilən 3D qutu ziyarətçini qarşılayır, «Pşşşt.» anı ilə hekayə başlayır.

  • Altı səhnə: Sərinlik, İçində nə var, Güc, Sürü, Çeşid və Meydanlar — hər biri öz rəngi, işığı və hərəkəti ilə.
  • Altı dad və səbət: Original, Red Line, Sugar Free, Black Diamond, MAX və Diamond Series kartları, səbətə atma və sifariş axını (konsept rejimində).
  • Brend dili: tünd göy fon, elektrik mavisi vurğular, geniş və qalın şrift, brendin şüarları qaçan sətirdə.
  • Məsuliyyət: 18+ yaş yoxlaması və kofeinli içki üçün sağlamlıq xəbərdarlığı saytın içinə tikilib.

Qutu və bizon başı konsept üçün bizim çəkdiyimiz variantlardır, ona görə bütün səhnələr vahid vizual dildə danışır.

03

Texniki İnkişaf: Brauzerdə Real 3D və Sürət

3D səhnələr brauzerdə real vaxtda işləyir: qutunun fırlanması, işıq və duman effektləri, scroll-a bağlı kamera hərəkəti. Səhnələr hazırlanarkən yüklənmə göstəricisi ziyarətçini məlumatlandırır, səs isə istəyə görə açılır.

Sayt kompüterdə və telefonda eyni hekayəni danışır — mobil versiyada səhnələr şaquli ekrana uyğunlaşdırılıb. Rəsmi sayt olmadığı üçün konsept axtarış sistemlərindən gizlədilib (noindex).

Brendiniz üçün də belə hekayəli sayt qura bilərik. Digər işlərimizə layihələr bölməsində baxa, layihənizi müzakirə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli xidmət

Bənzər layihə istəyirsiniz?

Bakıda veb sayt hazırlanması: korporativ, e-ticarət və landing saytlar. Sıfırdan dizayn, mobil uyğun və SEO-ya hazır. Pulsuz konsultasiya alın.

Digər layihələr

Hamısına bax