logo

Veb saytlar

Mərcan Residence — 3D satış saytı konsepti

01

Layihə haqqında

Mərcan Residence NS Studio-nun tikinti şirkətləri üçün hazırladığı 3D satış saytının konseptidir: müştəri sifarişi deyil, Mərcan Residence də real kompleks deyil — ad, qiymətlər və planlar nümunədir. Məqsəd tikilməkdə olan yaşayış kompleksinin mənzillərini bina hələ hazır olmadan alıcıya göstərmək idi.

Alıcı görmədiyi mənzilə pul vermək istəmir, satış şöbəsi isə gün boyu eyni suallara cavab verir: «qiymət nədir?», «planı atın», «neçənci mərtəbədir?», «dəniz görünür?». Bizim yanaşmamız bu sualların cavabını saytın özündə vermək idi: alıcı mənzili binanın üstündə seçir, 3D-də içində gəzir və pəncərədən öz mərtəbəsinin mənzərəsinə baxır.

Nəticədə üç blokdan ibarət kompleksin canlı 3D modeli, mənzil axtarışı, ödəniş hesablanması və sifariş forması olan sayt alındı. Konsept NS Studio-nun veb saytların hazırlanması istiqamətində daşınmaz əmlak layihələrinə yanaşmasını göstərir.

02

Binadan Sifarişə: Alıcının Yolu və UX/UI Dizayn

Sayt alıcının yolu kimi qurulub: binadan mənzilə, mənzildən sifarişə. Kursoru binada gəzdirəndə hər mənzilin nömrəsi və qiyməti görünür, klikləyəndə mənzilin kartı açılır: qiymət, aylıq ödəniş, sahələr və plan.

  • Mənzil seçimi: otaq sayı, blok, mənzərə, mərtəbə, sahə və qiymət filtrləri, nömrə ilə axtarış, sevimlilər və üç mənzilin yan-yana müqayisəsi.
  • 3D mənzil və tur: mənzil yuxarıdan, üstü açıq görünür; alıcı göz hündürlüyündə otaqlara girir, döşəmədəki oxlarla otaqdan otağa keçir, kiçik plan isə harada olduğunu göstərir.
  • Mənzərə və işıq: bir düymə ilə ən böyük pəncərənin önünə keçmək; binaya dənizdən, həyətdən və yuxarıdan, səhər, gündüz, axşam və gecə işığında baxmaq.
  • Təmir, ödəniş və sifariş: üslub dəyişəndə döşəmə, divarlar, mebel və qiymət dərhal yenilənir; nağd, daxili kredit və ipoteka üzrə ödəniş hesablanır, sonra baxışa yazılmaq və ya rezerv etmək olur.

Mərtəbə planında bütün mərtəbə görünür: satışda olan mənzillər yaşıl, satılanlar boz. Saytı ilk dəfə açan ziyarətçini bir dəqiqəlik tanışlıq turu qarşılayır.

03

Texniki İnkişaf: Canlı 3D Model və Mobil Uyğunluq

Kompleksin 3D modeli brauzerdə canlı işləyir: proqram yükləmək lazım deyil, sayt həm kompüterdə, həm telefonda açılır. Telefonda panellər bir toxunuşla gizlənir və bina tam ekranda qalır. Pəncərədən görünən mənzərə foto deyil, 3D modeldə məhz həmin mərtəbədən göstərilir.

Real layihədə sifariş satış şöbəsinə — CRM-ə, e-poçta və ya WhatsApp-a — mənzilin nömrəsi ilə gəlir; bu konseptdə isə forma heç yerə göndərilmir. Binanın, mənzillərin və interyerin 3D versiyasını developerin çertyojları əsasında biz qururuq.

Tikinti layihəniz üçün də belə satış saytı qura bilərik. Digər işlərimizə layihələr bölməsində baxa, layihənizi müzakirə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqəli xidmət

Bənzər layihə istəyirsiniz?

Bakıda veb sayt hazırlanması: korporativ, e-ticarət və landing saytlar. Sıfırdan dizayn, mobil uyğun və SEO-ya hazır. Pulsuz konsultasiya alın.

Digər layihələr

Hamısına bax